Sədərəkdə azyaşlını avtomobil VURDU
    • 26-09-2023, 19:41
    • 219

Sədərəkdə azyaşlını avtomobil VURDU

Sədərək rayonunda məktəblini avtomobil vurub.

News24.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Avtomobil məktəbin qarşısından yolu keçən 2016-cı il təvəllüdlü Sevgi Həsən qızı Əliyevanı vurub.

Xəsarət alan azyaşlı təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Qapalı kəllə-beyin travması alan S.Əliyevanın vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.