İmran Xan başqa həbsxanaya KÖÇÜRÜLDÜ
    • 27-09-2023, 09:32
    • 246

İmran Xan başqa həbsxanaya KÖÇÜRÜLDÜ

Pakistanda sabiq baş nazir İmran Xan məhkəmənin qərarı ilə saxlanıldığı Attok həbsxanasından paytaxt İslamabad yaxınlığındakı Adiala həbsxanasına köçürülüb.

News24.az xəbər verir ki, Pakistan mətbuatında yayılan xəbərlərə görə, İslamabad Ali Məhkəməsi Xanın vəkillərinin tələbi əsasında keçmiş baş naziri İslamabadla qonşu olan Ravalpindidəki həbsxanaya köçürməyə qərar verib.

Xan Attock Həbsxanasından Ravalpindidəki Adiala Həbsxanasına gülləkeçirməz maşında, güclü təhlükəsizliklə aparılıb.

Digər tərəfdən, məhkəmə Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qureşinin "dövlət sirrini açmaqda" ittiham olunduğu işə görə həbs müddətini 14 gün, oktyabrın 10-na qədər uzadıb.

Qeyd edək ki,  Pakistan polisi məhkəmənin qərarı ilə korrupsiyada təqsirli bilinən İmran Xanı avqustun 5-də Lahordakı evində həbs edib.