Növbəti pandemiyanın vaxtı - AÇIQLANDI
Dünya
“2020-2022-ci illər arasında baş vermiş pandemiyaya bənzər koronavirus pandemiyasının yaranması yalnız toxunulmazlığı olan nəslin getməsindən sonra mümkündür”.
News24.az xəbər verir ki, bu barədə rusiyalı virusoloq Valeri Loktev bildirib.
Onun sözlərinə görə, qarşıdakı 30 il ərzində böyük bir pandemiya yaşanmayacaq.
Loktev izah edib ki, adətən pandemiyalar arasındakı müddət insanın gözlənilən ömrünün yarısına bərabər olur, qrip virusu üçün isə bu müddət 57 ildir. O, həmçinin əlavə edib ki, koronavirus infeksiyası artıq mövsümi bir hadisəyə çevrilib.
Ayşən