Bakı sakininə qarşı SOYĞUNÇULUQ
    • 3-10-2019, 12:48
    • 800

Bakı sakininə qarşı SOYĞUNÇULUQ

Bakı sakininə qarşı soyğunçuluq edilib.

Daxili İşlər Naziirliyinin (DİN) Mətbuat xidmətindən News24.az-a verilən məumata görə, Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini X.Zülfüqarlı oktyabrın 1-də saat 21 radələrində 2 nəfərin ona zor tətbiq edərək qol saatını aldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər - Ağdam rayon sakinləri Ş.Zeynalov və əvvəllər məhkum olunmuş T.İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.