-
- 27-09-2023, 13:57
- 294
“Şəhidlərlə bağlı bütün sosial təminatlar yerinə yetiriləcək”
“Antiterror zamanı şəhid olanlarla bağlı sosial təminatlar qısa müddətdə yerinə yetiriləcək”.
News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, artıq şəhidlərin ailə üzvləri ilə görüşlər keçirilir:
“Həm birdəfəlik ödəmələr, həm pensiya tədbirləri və onların mənzillə təmin olunması həyata keçiriləcək. Hazırda nazirlik bu məsələlərlə məşğuldur. Ailə üzvləri ilə görüşlər keçirilir və müvafiq sənədlər toplanır. Qısa müddət ərzində bütün sosial hüquqları təmin ediləcək”.