Bakıda 62 yaşlı qadın yanaraq öldü
    • 18-03-2019, 10:24
    • 691

Bakıda 62 yaşlı qadın yanaraq öldü

Bakıda qadın yanğın zamanı ölüb. 

Fövqəladə Hallar Nazirliyindən News24.Az-a verilən məlumata görə, Yasamal rayonunda ümumi sahəsi 20 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin içərisində əşyalar yanıb. Yanğının kəşfiyyatı zamanı 1957-ci il təvəllüdlü Malaxova Elmira İdris qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.