-
- 12-02-2020, 10:00
- 891
Azərbaycanda iki nəfər diri -diri YANARAQ ÖLDÜ
Şəmkirdə gözətçi otağında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, rayonun Qədimqala kəndində, istixana ərazisində ümumi sahəsi 12 m² olan gözətçi otağının yanar konstruksiyaları və bitişik, ümumi sahəsi 50 m² olan qazanxananın dam örtüyü 10 m² sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı gözətçi otağında 1985-ci il təvəllüdlü Məmmədov Rəşad Cabir oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Qazanxanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan başqa, Ağsu rayonunun Xatman kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı ev sahibi 1938-ci il təvəllüdlü Abulov Akif Xudaverdi oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hər iki hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.