-
- 28-09-2023, 09:47
- 235
"Nə edəcəyimi bilmirəm" - BAYDEN
“1 oktyabr tarixində ABŞ hökumətinin fəaliyyətinin dayanmasının qarşısını hansı şəkildə alacağımı bilmirəm”.
News24.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden deyib.
“Əgər bunu bilsəydim, çoxdan edərdim”, - deyə Ağ Ev rəhbəri bildirib.
Konqres növbəti şatdaunun qarşısını almaq üçün oktyabrın 1-də başa çatan cari maliyyə ilinin sonuna qədər ölkə üçün tam və ya qısamüddətli büdcə qəbul etməlidir. Büdcənin qəbuluna administrasiya ilə Konqres arasında həm həcm, həm də maliyyələşdirmə maddələri ilə bağlı fikir ayrılıqları mane olur.
Ayşən