-
- 28-09-2023, 10:36
- 443
Qarabağdakı separatçı rejim özünü buraxdığını ELAN ETDİ
Qarabağdakı separatçı rejimin rəhbəri Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən qondarma “respublikanın” ləğvi barədə “sərəncam” imzalayıb.
RTV-nin məlumatına görə, onun "qərarında" göstərilir ki, Rusiya sülhməramlılarının vasitəçiliyi ilə əldə olunmuş razılaşmaya əsasən separatçıların nəzarəti altında fəaliyyət göstərən qondarma qurumların hamısı həmin tarixdən buraxılır. Qarabağın erməni sakinlərinə əldə olunmuş reinteqrasiya sənədi ilə tanış olmaq imkanı verilir. Qarabağ ərazisində yaşamaq və ya oranı tərk etməklə bağlı seçim də erməni əsilli sakinlərin ixtiyarına buraxılır.
Fərid Azəri