Ronaldo yeni dünya rekorduna İMZA ATDI
    • 28-09-2023, 11:38
    • 451

Ronaldo yeni dünya rekorduna İMZA ATDI

Portuqaliyalı "Əl Nəsr"in futbolçusu Kriştiano Ronaldo min məğlubiyyətsiz matça çıxan ilk futbolçu kimi tarixə düşüb.

News24.az xəbər verir ki,  37 yaşlı portuqaliyalı AFC Çempionlar Liqasında rekord oyuna imza atıb.

Xatırladaq ki, ötən gün “Əl-Nasr” səfərdə İran “Persepolis”i ilə qarşılaşıb. Səudiyyə Ərəbistanı komandası Tehranda rəqibini məğlub edib. Görüş 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası Ronaldonun yeni uğurunu açıqlayıb. Qurumun rəsmi saytında hücumçunun hazırda 776 qələbə və 224 heç-heçə olduğu bildirilir.

Aynurə