350 kiloqram fındıq oğurlayan şəxslər saxlanılıb
    • 18-03-2019, 11:57
    • 909

350 kiloqram fındıq oğurlayan şəxslər saxlanılıb

Zaqatala Rayon Polis Şöbəsinə Aşağı Tala kəndi ərazisindəki fındıq sexlərinin birindən 250 kiloqram fındığın oğurlanması barədə müraciət daxil olub. 

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalara başlanılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş M.Mamayev saxlanılmış, digər 1 nəfərin  isə şəxsiyyəti müəyyənləşdirilib. 

Polis əməkdaşları tərəfindən onların rayon ərazisində və paytaxtın Binəqədi rayonu ərazisində törətdikləri digər analoji əməllərinin də üstü açılıb. 

Belə ki, onların kənd ərazisində digər fındıq sexindən 100 kiloqram fındıq ləpəsi, kənd sakininə məxsus “VAZ-2106” markalı avtomobildən videoqeydiyyat qurğusu və pul, həmçinin cari ilin fevral-mart ayları ərzində paytaxtın Binəqədi rayonu ərazisindən 3 “VAZ” markalı avtomobili qaçırmaları da müəyyən edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.