Messi və Ronaldo yenidən qarşılaşacaq

Messi və Ronaldo yenidən qarşılaşacaq İdman

Lionel Messi və Kristiano Ronaldo yoldaşlıq matçında üz-üzə gələ bilər.

News24.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı nəşri "Al-Bilad" məlumat yayıb. Beynəlxalq marketinq şirkəti "Əl Nəsr" və "İnter Mayami" klubları arasında yoldaşlıq oyunu keçirməyi planlaşdırır. Bu qarşılaşmada Messi və Ronaldo da qarşılaşacaqlar.

Matçın Çində keçirilməsi gözlənilir.