Xankəndi sakini illər sonra öz torpağında yanğını SÖNDÜRDÜ
    • 28-09-2023, 18:26
    • 201

Xankəndi sakini illər sonra öz torpağında yanğını SÖNDÜRDÜ

Məlum olduğu kimi, bir neçə gün öncə Xankəndi şəhərində yanacaqdoldurma məntəqəsinin partlaması nəticəsində baş verən yanğının söndürülməsinə Azərbaycan FHN-in əməkdaşları da cəlb olunublar.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, onların arasında üç yaşında Xankəndidən çıxan və hazıda Gəncə şəhərində yaşayan Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Nizami rayon Dövlət Yanğından Mühafizə hissəsinin manqa komandiri Namiq Lələyev də olub.

O  bildirib ki, uzun illərdən sonra öz torpağını görüb:

“Ən böyük arzum Xankəndidə Azərbaycan Respublikasına xidmət etməkdir”.