Türkiyə milli müdafiə nazirindən Paşayevanın vəfatı ilə bağlı başsağlığı
    • 29-09-2023, 13:06
    • 292

Türkiyə milli müdafiə nazirindən Paşayevanın vəfatı ilə bağlı başsağlığı

Türkiyənin milli müdafiə naziri Yaşar Güler millət vəkili Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib.

News24.az xəbər verir ki, bu barədə nazirliyin tvitter hesabında paylaşım edilib.

Paylaşımda deyilir: “Azərbaycanlı millət vəkili Qənirə xanım Paşayevanın vəfatı bizi kədərləndirdi. Türk dünyasına olan sevgisi ilə tanıdığımız, son nəfəsinə qədər Türkiyə və Azərbaycan qardaşlığını hayqıran mərhum Qənirə Paşayevaya Allahdan rəhmət, qardaş Azərbaycan xalqına başsağlığı və səbir diləyirik”.

Qeyd edək ki, millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinikanın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq, millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb. Mərhum bu gün II Fəxri xiyabanda dəfn olunub.