"Rusiya və Ukrayna danışıqlara hazırdır..." - TOKAYEV
    • 29-09-2023, 13:44
    • 201

"Rusiya və Ukrayna danışıqlara hazırdır..." - TOKAYEV

Rusiya və Ukrayna artıq danışıqlar aparmaq arzusunu bildiriblər, lakin hər iki tərəfə uyğun format hələ müəyyən edilməyib. 

News24.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

“Bu gün biz Almaniya kansleri Olaf Şolzla vəziyyətin çox ciddi olduğunu müzakirə etdik. Rusiya və Ukrayna tərəfləri danışıqlara hazır olduqlarını bəyan ediblər. Lakin bunun hansı platformada və hansı səviyyədə baş verəcəyi hələ aydın deyil”, - Tokayev qeyd edib.

Onun fikrincə, “müdrik diplomatiyanın” vaxtı çatıb və danışıqlar “hər iki tərəfə uyğun nəticələrə diqqət yetirməklə” aparılmalıdır. “Bunun mümkün olması üçün bütün mümkün addımları atacağıq”, - Qazaxıstan Prezidenti vurğulayıb.

Tokayev həmçinin əlavə edib ki, Astana Ukraynadakı münaqişənin həlli üçün digər ölkələrin sülh təşəbbüslərini dəstəkləyir.

Akqabay