Hacıqabulda AĞIR QƏZA: 5 nəfər...
    • 29-09-2023, 18:00
    • 309

Hacıqabulda AĞIR QƏZA: 5 nəfər...

Hacıqabulda ağır yol qəzası baş verib, xəsarət alanlar var.

News24.az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Padar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Chevrolet" markalı minik maşınının sürücüsü Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım maşının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Faktla bağlı araşdırma aparılır.