Kürdəmirdə ər-arvadın xəsarət alması ilə nəticələnən avtomobil qəzası olub
    • 26-05-2023, 23:57
    • 442

Kürdəmirdə ər-arvadın xəsarət alması ilə nəticələnən avtomobil qəzası olub

Kürdəmirdə avtomobil qəzası baş verib, ər və arvad xəsarət alıblar.

Hadisə Kürdəmir-Zərdab yolunun rayonun Söyüdlər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı minik maşını həmin yolda hərəkətdə olarkən yol kənarında dayanmış qoşqulu traktora çırpılıb.

Nəticədə minik maşınında olan iki nəfər - Kürdəmir rayon Sovla kənd sakinləri 1960-cı il təvəllüdlü Əzizov Vidadi Əziz oğlu oğlu və onun həyat yoldaşı 1963-cü il təvəllüdlü Əzizova Aygün Əliheydər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır. /Report/