"Qarabağı tərk edən erməni sakinlərə qarşı..." - BMT
    • 30-09-2023, 11:24
    • 257

"Qarabağı tərk edən erməni sakinlərə qarşı..." - BMT

Qarabağı tərk edərək Ermənistana köçən ermənilərlə heç bir pis rəftar faktı qeydə alınmayıb.

News24.az xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistan nümayəndəliyinin nümayəndəsi Kavita Belani BMT-nin Cenevrə ofisinin mətbuat konfransında bildirib. 

“Anadolu” agentliyinin əməkdaşının sualını cavablandıran Belani deyib: “İndiyədək heç bir hadisə, pis rəftar faktı qeydə alınmayıb. Bu, uzun yoldur, tıxaclar insanlar üçün çətin vəziyyət yaradır, lakin azərbaycanlılar tərəfindən pis rəftar halları olmayıb”.

Akqabay