-
- 15-08-2023, 21:46
- 249
Sudanda 4 milyondan çox insan didərgin düşüb
Birləşmiş Millətlər Təşkilatı (BMT) münaqişənin davam etdiyi Sudanda 4,3 milyondan çox insanın didərgin düşdüyünü açıqlayıb.
News24.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Uilyam Spindler BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında bildirib.
"Sudanda münaqişə başlayandan bəri 4,3 milyon insan məcburi köçkün vəziyyətinə düşüb. Bu rəqəmə qonşu ölkələrə gedən 900 mindən çox qaçqın və sığınacaq axtaran və Cənubi Sudana qayıtmalı olan 195 min cənubi sudanlı daxildir", - Spindler deyib.
Sözçü sudanlıların olduqları yerdən qaçmağa davam edərsə, Sudan və qonşu ölkələrdəki izdihamın daha da artacağına diqqət çəkib.
Günəş Mərd