Riad Əhmədovla vida mərasimi BAŞA ÇATDI
    • 30-09-2023, 11:50
    • 213

Riad Əhmədovla vida mərasimi BAŞA ÇATDI

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasimi başa çatıb.

News24.az  xəbər verir ki, vida mərasimində dövlət xadimləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak edib.

Onun nəşi dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana aparılır.

Qeyd edək ki, Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini Riad Əhmədov 1992-ci il yanvar ayının 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb. Uzun illər yeri müəyyən olunmayıb.

Bu il sentyabrın 18-də Bakıda keçirilən "İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması" üzrə beynəlxalq konfransda Riad Əhmədov və digər itkin azərbaycanlıların nəşlərinin tapıldığını və müəyyən edildiyi açıqlanıb.