Priqojinin təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldıldı - FOTO
    • 30-09-2023, 12:38
    • 411

Priqojinin təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldıldı - FOTO

Vaqner özəl hərbi şirkətinin ( PMC) qurucusu Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılıb.

News24.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, abidənin üzərində ulduz və qılınclar olan emblem təsvir olunub, onun yanında isə PMC emblemi olan bayraq var. Abidənin quraşdırılmasının təşəbbüskarları barədə məlumat verilməyib.

Qeyd edək ki, avqustun 23-də axşam Tver vilayətinin Kujenkino kəndi yaxınlığında Yevgeni Priqojini daşıyan Embraer ERJ-135BJ Legacy 650 təyyarəsi qəzaya uğrayıb.

Aynurə