Ağcabədidə ağır yol qəzası olub, ölən və yaralananlar var - VİDEO
    • 30-09-2023, 21:24
    • 209

Ağcabədidə ağır yol qəzası olub, ölən və yaralananlar var - VİDEO

Ağcabədidə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

New24.az  APA-ya istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb.

32-BE-883 dövlət qeydiyyat nişanlı "Lada Priora" markalı minik avtomobili digər nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə "Lada Priora" işıq dirəyinə çırpılıb.

Qəza zamanı bir nəfər - Şəmkir rayon Seyfəli kənd sakini, 1996-cı il təvəllüdlü Hüseynov Orxan Salman oğlu həyatını itirib.

Onun həmkəndlisi, 1983-cü il təvəllüdlü Məmmədov Emin Raquf oğlu və digər iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.