Mingəçevirdə 32 yaşlı kişini öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı
    • 30-09-2023, 21:52
    • 203

Mingəçevirdə 32 yaşlı kişini öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

Mingəçevirdə 32 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

New24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, S.Məmmədova kəsici alətlə xəsarət yetirib onu öldürməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Ceyhun Sahib oğlu İsrafilov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.