Göyçay sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
    • 8-09-2023, 21:47
    • 208

Göyçay sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Göyçay sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan News24.az-a bildirilib ki, bu gün saat 18 radələrində Göyçay rayonunun Kürdəmiş kənd sakini, 1967-ci il təvəllüdlü Yusifov Şahsən Şahlar oğlunun baş nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya daxil olması, göstərilən tibbi yardımlara baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.

Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Ş.Yusifova əllə xəsarət yetirməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Novruz Mahmudov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.