Zaqatalda qumbara partladı, iki nəfər xəsarət aldı
    • 30-09-2023, 23:26
    • 218

Zaqatalda qumbara partladı, iki nəfər xəsarət aldı

Zaqatalda qumbara partlayıb, iki nəfər xəsarət alıb.

New24.az  xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin regional qrupundan məlumat verilib. sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində partlayıcı maddənin partlaması nəticəsində iki nəfər kənd sakini-1991-ci il təvəllüdlü Məqsəd Rzayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun xəsarət alması barədə polisə məlumat daxil olub.

Həmin şəxslər xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq H. Gülməmmədov həlak olub.Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki, həlan olan şəxs Vətən müharibəsi iştirakçısıdır.