Ötən gecə Ukraynada 15 ədəd “Şahid” dronu məhv EDİLİB
    • 1-10-2023, 08:57
    • 246

Ötən gecə Ukraynada 15 ədəd “Şahid” dronu məhv EDİLİB

Oktyabrın 1-nə keçən gecə Ukraynanın cənubunda azı 15 ədəd İran istehsalı “Şahid” dronları məhv edilib. Onlardan 14-ü Odessa, 1-i Mıkolayiv vilayətində zərərsizləşdirilib.

New24.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə “Cənub” müdafiə qüvvələrinin sözçüsü Nataliya Humenyuk “Vahid xəbərlər”in yayımında bildirib.

Onun sözlərinə görə, ölkənin cənub bölgələri hücuma məruz qalıb, qarışıq tip dron hücumu həyata keçirilib.

İşğalçı qüvvələr marşrutları qarışdırmaq və maksimal dərəcə HHM sistemini yükləməyə çalışıblar. Humenyuk qeyd edib ki, qarşı tərəf Mıkolayiv vilayətində anbar ərazisinə zərbə endirə bilib. Orada qalıqların ayırd edilməsi və yanğının söndürülməsi istiqamətində işlər aparılır, lakin zərərçəkmişlər barədə məlumat daxil olmayıb.

Bundan başqa, Xerson vilayətinə 16 ədəd güdümlü aviabomba ilə həmlə olunub.

Humenyuk vurğulayıb ki, Rusiya qüvvələri ballistik raket zərbələri endirməyə davam edir.