Rusiya ABŞ və Avropadan Ukraynaya gələn silahların məhv edildiyini açıqlayıb
    • 7-05-2022, 14:38
    • 377

Rusiya ABŞ və Avropadan Ukraynaya gələn silahların məhv edildiyini açıqlayıb

“ABŞ və Avropa ölkələrindən göndərilmiş külli miqdarda hərbi-texniki silah Xarkov vilayətindəki Boqoduxov vağzalının yaxınlığında məhv edilib”, - Konaşenkov bildirib.

News24.az xarici mediaya istinadən xəbər verir ki,  Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Rusiya ordusunun Ukrayna müharibəsindəki hərəkətləri ilə bağlı açıqlama verib.

Rusiya ordusunun Ukraynada hücumunu davam etdirdiyini qeyd edən Konaşenkov, havadan atılan yüksək dəqiqlikli raketlərlə Donetskdə Bəhmut qəsəbəsi yaxınlığında hərbi hissələrin və texniki vasitələrin toplandığı 5 ərazinin və sursat anbarının vurulduğunu bildirib.

Rusiya hava döyüş taktiki bölmələrinin gecə saatlarında Ukraynanın 18 hərbi obyektini vurduğunu bildirən Konaşenkov, Xarkov vilayətində 2 komanda mərkəzinin, Odessa vilayətində isə 3 sursat və yanacaq anbarının məhv edildiyini bildirib.

280 Ukrayna silahlı qüvvələrinin öldürüldüyünü, 48 hərbi texniki maşının məhv edildiyini qeyd edən Konaşenkov raket və artilleriya birləşmələrinin 44 komanda mərkəzini və 196 möhkəmləndirilmiş mövqeni məhv etdiyini qeyd edib.

Rusiya hava hücumundan müdafiə sistemlərinin gecə saatlarında Xarkov, Xerson, Donetsk və Nikolayev vilayətlərində Ukraynaya məxsus 13 pilotsuz uçuş aparatını vurduğunu bildirən Konaşenkov, "Smerç" çoxbarrelli raketindən 3 ədəd Toçka-U ballistik raketi və 9 ədəd raket atıldığını bildirib. Xarkov vilayətinin İzyum qəsəbəsi üzərindəki buraxılış qurğusu havada məhv edilib.

Konaşenkov, “İndiyədək 152 təyyarə, 112 helikopter, 762 pilotsuz uçuş aparatı, 295 hava hücumundan müdafiə raket sistemi, 2 min 895 tank və zirehli texnika, 333 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 1364 haubitsa və minaatan, 2 min 71 xüsusi təyinatlı hərbi texnika Ukrayna ordusuna aid idi.O, məhv edildi”.