Rusiya Odessa limanına raket hücumu edib
    • 18-07-2023, 16:11
    • 208

Rusiya Odessa limanına raket hücumu edib

Ukraynanın Cənub Əməliyyat Komandanlığı ötən gecə ölkənin cənubunda Rusiyanın raket və 36 pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində Odessa vilayətindəki limanın zədələndiyini bildirib.

News24.az xəbər verir ki, bu barədə komandanlığın sosial media hesabında məlumat yayılıb.

Açıqlamada qeyd olunub ki, Qara dənizdən Odessaya 6 kalibr raketi atılıb.

“Bütün raketlər hava hücumundan müdafiə qüvvələrimiz tərəfindən məhv edilib”, - deyə açıqlamada qeyd olunub.

Nərmin Murad