-
- 1-10-2023, 20:33
- 227
Borrell ilk dəfə Ukraynanın müdafiə naziri ilə GÖRÜŞDÜ
Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Cozep Borrel ilk dəfə Ukraynanın yeni müdafiə naziri Rüstəm Umerovla görüşüb.
News24.az xəbər verir ki, görüş Kiyevdə baş tutub.
Borrel "X" sosial şəbəkəsində bildirib ki, tərəflər Kiyevə hərbi yardımı, eləcə də Aİ-dən Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı potensial sazişi müzakirə ediblər.
Qeyd edək ki, Avropa diplomatiyasının rəhbəri dünən, sentyabrın 30-da elan olunmamış səfərlə Ukraynaya gəlib. Əvvəlcə Borrel Odessaya səfər edib və burada Transfiqurasiya kafedralının fonunda Ukraynaya dəstək bəyanatı verib. Daha sonra o, Kiyevə gəlib və Ukrayna prezidenti Zelenski ilə görüşüb.