-
- 1-10-2023, 22:34
- 237
Ankaradakı terakta Berlindən REAKSİYA
Almaniya kansleri Olaf Şolts Ankaradakı hücumu pisləyib və Türkiyə ilə həmrəy olduğunu bildirib.
News24.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin başçısının X sosial şəbəkəsində (keçmiş Twitter) dərc etdiyi bəyanatda deyilir.
“Ankaranın mərkəzində törədilən terror aktını qəti şəkildə pisləyirik. Biz türkiyəli tərəfdaşlarımızla həmrəyik”, - Şolts açıqlamasında bildirib.