Arvadını və qayınatasını öldürmək istəyən şəxsə hökm oxundu
    • 2-10-2023, 10:32
    • 170

Arvadını və qayınatasını öldürmək istəyən şəxsə hökm oxundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşı və qayınatasını öldürməyə cəhddə təqsirlənirilən Əli Mirilinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

News24.az-ın məlumatına görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. 

Məhkəmənin hökmü ilə Ə Mirili 11 il 3 ay azadlıqdan məhrum edilib 

İttihama görə, hadisə bu il  aprelin 30-u saat 12 radələrində Saatlı rayonu Məmmədabad kəndində baş verib. Kənd sakinləri - 2004-cü il təvəllüdlü Əminə Əmirova və atası, 1980-ci il təvəllüdlü Kamal Əmirovun xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 2002-ci il təvəllüdlü Əli Mirilinin aralarında yaranmış mübahisə zamanı arvadı Əminə Əmirovaya bıçaqla xəsarət yetirməsi və həmin vaxt mübahisəyə müdaxilə etmək istəyən qayınatası Kamal Əmirova da bıçaqla xəsarətlər yetirərək sonuncunu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Əli Mirili şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Samir Əli