-
- 2-10-2023, 15:03
- 312
Deputatın təklifinə reaksiya: "TƏQVİMDƏN ÇIXARILMAMALIDIR"
Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa təqvimdən bütün matəm günləri çıxarılmalı olduğu ilə bağlı təkliflə çıxış edib. O, hesab edir ki, qalib dövlətin ancaq qələbə günləri olmalıdır.
Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov News24.az-a münasibət bildirib.
"Azərbaycan dövlətinin tətbiqində matəm günləri varmı? Əgər söhbət 20 Yanvar şəhidlərinin anım günündən və Xocalı soyqırımı günündən gedirsə, hesab edirəm ki, bu günlər mütləq təqvimdə qalmalıdır. Həmin günlər mütləq dünya ictimaiyyətinin diqqətində olmalıdır.Təbii ki, rayonlarımızın işğal edildiyi günləri xatırlayıb qeyd edirdik. Fazil Mustafa sözügedən günləri nəzərdə tutursa, bəli, qeyd etməməliyik. Biz torpaqlarımızı azad etmişik, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik”, - o deyib.
Ayşən