"Tehran ərhədlərin dəyişdirilməsinə qarşıdır" - İRAN XİN
    • 2-10-2023, 13:17
    • 211

"Tehran ərhədlərin dəyişdirilməsinə qarşıdır" - İRAN XİN

"Tehran beynəlxalq sərhədlərin dəyişdirilməsinə və regionda geosiyasətə qarşıdır".

News24.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani deyib.

O, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İrana səfərinin yekunlarını və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatlarını şərh edərkən bildirib.

Oktyabrın 1-də Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan İrana səfər edib və orada İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla danışıqlar aparıb.

"Tehran regiondakı bütün ölkələrin maraqlarını təmin edən kommunikasiya yollarının inkişafının tərəfdarıdır. Bununla belə, biz sərhədlərin dəyişdirilməsinin əleyhinəyik", - deyə Kənani vurğulayıb.

O qeyd edib ki, İran sözügedən məsələ ilə bağlı öz mövqeyini açıq şəkildə bəyan edib.

Ayşən