Armen Qriqoryan ABŞ-a gedir
    • 3-07-2023, 10:14
    • 207

Armen Qriqoryan ABŞ-a gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyulun 4-də Vaşinqtona gedəcək. 

News24.az xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Səfər zamanı Qriqoryanın ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və digər yüksək rütbəli rəsmilərlə görüşü nəzərdə tutulub.

Qeyd olunur ki, Ermənistan və ABŞ arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Akqabay