Mikroavtobus minik maşını ilə toqquşdu - Yaralılar VAR
    • 2-10-2023, 18:14
    • 246

Mikroavtobus minik maşını ilə toqquşdu - Yaralılar VAR

Lənkəranda baş verən qəzada 5 nəfər xəsarət alıb.

News24.az apa-ya istinadən xəbər verir ki, yol nəqliyyat hadisəsi köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Gərmətük kəndi ərazisindəqeydə alınıb. "Mercedes" markalı mikroavtobus, "KİA" markalı avtomobillə toqquşub.

Nəticədə 5 nəfər, Lənkəran rayonunun Türkəkəran kənd sakini 1991 - ci il təvəllüdlü Camalə Cəfərova, Astara rayonunun Şiyəkəran kənd sakini 2001 - ci il təvəllüdlü Sevinc Məmmədova, Astara rayonunun Şahağacı kənd sakini 1994 - cü il təvəllüdlü İlkin Mikayılov, Astara rayonunun Şiyəkəran kənd sakini 2005 - ci il təvəllüdlü Nərmin Qulamova və Astara rayonunun Motlayataq kənd sakini 2006 - cı il təvəllüdlü Nurşad Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Lənkəran rayon mərkəzi xəstəxanasının acil şöbəsinə yerləşdiriliblər. Müalicələri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.