Lənkəranda qəza: piyada ağır xəsarət aldı
    • 1-04-2023, 01:35
    • 240

Lənkəranda qəza: piyada ağır xəsarət aldı

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 News24.az-ın xəbərinə görə, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Qumbaşı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Lənkəran rayonunun Qumbaşı kənd sakini, 1988-ci il təvəllüdlü İlkin Natiq oğlu Əzimov ağır kəllə-beyin travması diaqnozu ilə Lənkəran rayon mərkəzi xəstəxanasına qəbul olunub. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.