Lənkəranda avtomobillər toqquşdu, 3 nəfər xəsarət aldı
    • 7-03-2023, 16:55
    • 225

Lənkəranda avtomobillər toqquşdu, 3 nəfər xəsarət aldı

Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Lənkəran - Boradigah yolunun Lənkəran rayonu Vilvan kəndi ərazisində qeydə alınıb.
Belə ki, "VAZ - 21015" markalı avtomobillə "Mercedes" markalı avtomobilin toqquşub.

Nəticədə 1987 - ci il təvəllüdlü Masallı rayonunun Ərkivan qəsəbə sakini Elçin Əlihüseyn oğlu Rəhimov, 1982 - ci il təvəllüdlü Lənkəran rayonunun Mollakənd kənd sakini Nazim Tehran oğlu Əliyev və 1979 - cu il təvəllüdlü Lənkəran şəhər sakini Ülviyyə Malik qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.