-
- 3-10-2023, 14:34
- 230
İlon Maska cinayət işi AÇILDI
Tesla və SpaceX-in baş direktoru İlon Maska qarşı "böhtan" iddiası qaldırılıb.
News24.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Belə ki, kaliforniyalı bir şəxs X sosial şəbəkəsində paylaşdığı paylaşımda özünü "Proud Boys" adlı ifrat sağçı qrupun üzvü kimi göstərdiyi üçün məhkəməyə müraciət edib.
Kaliforniyadan olan 22 yaşlı Ben Brodi bildirib ki, X platformasında yayımlanan videolarda səhvən “Proud Boys” qrupunun üzvü olduğu təsbit edilən şəxs o deyil.
Yazının İlon Maskın şərhindən sonra sürətlə yayıldığını qeyd edən Brodi, hadisə ilə heç bir əlaqəsi olmadığı halda Maskın şərhinə görə sosial mediada təhdid və təzyiqlərə məruz qaldığını qeyd edib.
Qeyd edək ki, şikayətçi ən azı 1 milyon dollar təzminat tələb edib.
Aynurə