-
- 3-10-2023, 17:20
- 586
Narkotik satıldığı deyilən məktəbdən AÇIQLAMA
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Bakıda 44 saylı məktəbin həyətində şagirdlərin narkotik vasitədən istifadə etməsi ilə bağlı görüntülər yayılıb.
News24.az-a 44 nömrəli tam orta məktəbdən verilən məlumata görə, videoda görünən şəxslər sözügedən məktəbin şagirdləri deyil:
"Videogörüntülərdə yer alan ərazi 44 nömrəli tam orta məktəbin arxa tərəfində yerləşir. Ərazi “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə (ASC) aiddir və burda adı qeyd edilən ASC-nin enerji blokları yerləşdirilib. Məktəbli geyiminin rənginə görə təsbit edilib ki, videoda görünən şəxslər 44 nömrəli tam orta məktəbin şagirdləri deyil".
Qeyd edək ki, yayılan videogörüntülərlə bağlı məktəb rəhbərliyi tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib. Məsələ ilə bağlı araşdırma aparılır.
Qumral