-
- 14-05-2019, 13:15
- 2 314
Özünü məktəbin 2-ci mərtəbəsindən atan şagirdin vəziyyəti ağırdır
"Bakıda özünü məktəbin 2-ci mərtəbəsindən atan şagirdin vəziyyəti orta-ağırdır".
Xəbər verdiyimiz kimi, mayın 13-də Bakı şəhəri 273 nömrəli tam orta məktəbin VIII sinif şagirdi özünü məktəbin 2-ci mərtəbəsindən atıb. Məktəbdən bildirilib ki, şagird dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən əvvəlcə çantasını, sonra özünü aşağı atıb. Hazırda uşaq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, uşağın diz qapağında yerini dəyişməyən sınıq və dirsək oynağında isə daha bir sınıq var: “Reanimasiyada yerləşdirilən şagirdin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir”.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən münasibət öyrənməyə çalışdıq, hadisə ilə bağlı xidməti araşdırma aparıldığı bildirildi.
Afaq Mirayiq