-
- 25-09-2021, 10:22
- 482
Bakıda məktəbin qarşısında baş verən insidentə DİN-dən münasibət
Daxili İşlər Nazirliyi (DİN) Bakıda 60 nömrəli məktəbin qarşısında polis əməkdaşı ilə vətəndaş arasında yaranmış insidentə münasibət bildirib.
DİN-in mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev News24.az-a bildirib ki, həmin zaman polis əməkdaşları vətəndaşı döyməyiblər.
O deyib ki, polis əməkdaşları şəxsin özünə və digər şəxslərə xəsarət yetirməsinin qarşısını almağa çalışıblar: “Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Hazırda araşdırmalar aparılır.
“Videoda görünən azyaşlı uşaqlar həmin şəxsin övladları deyil. Polisin vətəndaşı döyməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil. Həmin şəxs polis əməkdaşlarının qanuni tələbinə tabesizlik göstərdiyi üçün saxlanılıb".
Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda 60 nömrəli məktəbin qarşısında polis əməkdaşlarının vətəndaşı saxlayarkən fiziki təzyiq etməsi ilə bağlı videogörüntülər yayılıb. İddia edilir ki, polislər həmin şəxsi məktəbli övladlarının gözü qarşısında saxlayarkən döyüblər.