Araik onu parodiya edən Xankəndi sakinini bu hala saldırdı - FOTO
    • 21-08-2023, 15:32
    • 371

Araik onu parodiya edən Xankəndi sakinini bu hala saldırdı - FOTO

"Kloun" Araik Arutyunyanı parodiya edən Xankəndi sakini polis tərəfindən döyülüb.

News24.az Day.Az-a istinadən xəbər verir ki, "Facebook"-da tez-tez separatçıların lideri Araik Arutyunyanı təqlid edən David Minasyan adlı Qarabağ sakini polisə aparılaraq döyülüb. Bu barədə Ermənistan ictimaiyyəti sosial şəbəkələrdə paylaşım ediblər.

Görünür, qondarma rejim "başçısı" Araik Qarabağda separatizmin sonunun yaxınlaşdığını fikir etdiyi bir vaxtda onu parodiya edən şəxsin aktyorluq qabiliyyətinin daha yüksək olduğunu gördüyü üçün rəqabətə dözümsüzlük nümayiş etdirib.