Qəzada sürücü xəsarət aldı, sərnişin ÖLDÜ
    • 3-10-2023, 23:53
    • 188

Qəzada sürücü xəsarət aldı, sərnişin ÖLDÜ

İmişlinin Çaxırlı kəndində ölümlə və xəsarətlə nəticələnən yol qəzası baş verib.

News24.az Report-a istinadla xəbər verir ki, Araz Kazımovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili traktorla toqquşub.

Hadisə nəticəsində minik avtomobilinin sürücü ağır xəsarət alıb, sərnişin Çingiz Ağayev isə hadisə yerində ölüb.

Yaralı İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onun vəziyyətinin ağır olduğu bildirilir.

Fakt araşdırılır.