Mingəçevirdə insident: qonşusunu...
    • 4-10-2023, 11:34
    • 284

Mingəçevirdə insident: qonşusunu...

Oktyabrın 4-ü gecə saatlarında Mingəçevir şəhər sakini, 1972-ci il təvəllüdlü Mübariz Məhərrəm oğlu Məhərrəmovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması və xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı M.Məhərrəmova ov tüfəngindən atəş açaraq xəsarət yetirməkdə şübhəli bilinən şəxsin zərərçəkmişin qonşusu, 1984-cü il təvəllüdlü Pərvin Qurbanəli Mehnətov oğlu olduğu müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə P.Mehnətov şübhəli şəxs qismində saxlanılıb və ondan cinayətdə istifadə etdiyi odlu silah götürülüb.

Faktla bağlı araşdırma aparılır.