-
- 4-10-2023, 12:35
- 371
Jurnalistə hökm oxundu: 8 il - FOTO
Moskva məhkəməsi Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat yaymaqda təqsirli bilinən Birinci Kanalın keçmiş əməkdaşı Marina Ovsyannikovaya hökm oxuyub.
News24.az xəbər verir ki, paytaxt prokurorluğundan verilən məlumata görə, o, səkkiz il yarım müddətinə azadlıqdan məhrum edilib.
Bundan əlavə, Marina Ovsyannikova dörd il müddətinə internet resurslarının idarə edilməsi ilə bağlı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.
Qeyd edək ki, Marina Ovsyannikova axşam xəbərlərinin canlı yayımı üçün studiyada olarkən, Ukraynadakı xüsusi əməliyyatı pisləyən müharibə əleyhinə şüar yazılmış plakat göstərib.
Aynurə