Rusiya “Pervıy kanal”ın keçmiş redaktorunu axtarışa verib
    • 3-10-2022, 17:10
    • 282

Rusiya “Pervıy kanal”ın keçmiş redaktorunu axtarışa verib

Rusiya “Pervıy kanal”ın keçmiş redaktoru Marina Ovsyannikovanı axtarışa verib.

News24.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən bildirilib.

Marina Ovsyannikova oktyabrın 9-dək ev dustaqlığında olmalı idi. Onu Rusiya Silahlı Qüvvələrini nüfuzdan saldığına görə 10 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, Ovsyannikova “Pervıy kanal”da “Vremya” xəbərlər proqramının canlı efirində Ukraynadakı müharibənin əleyhinə şüar yazılmış plakatla etirazını bildirmişdi./APA/