İlham Əliyevin görüşdən imtina etməsinə Rusiyadan REAKSİYA
    • 4-10-2023, 16:39
    • 257

İlham Əliyevin görüşdən imtina etməsinə Rusiyadan REAKSİYA

İlham Əliyevin oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Nikol Paşinyan, Emmanuel Makron, Şarl Mişel və Olaf Şoltsun iştirakı ilə keçiriləcək görüşdən imtina etməsinə Rusiya münasibət bildirib.

News24.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə danışıb.

O bildirib ki, Azərbaycanın Avropa İttifaqı ölkələri və Ermənistanın iştirakı ilə planlaşdırılan görüşdən imtina etməsi rəsmi Bakının suveren hüququdur.

Qeyd edək ki, Azərbaycanın görüşdən imtina etməsinin səbəbinin Fransanın Qarabağ məsələsində destruktiv mövqeyi olduğu ehtimal edilir. 

Qumral