-
- 11-10-2022, 20:12
- 320
Rusiyadan Qırğızıstanının KTMT təlimlərindən imtina etməsinə - REAKSİYA
Qırğızıstan Mərkəzi Asiya regionunda təhlükəsizlik və sabitliyin təmin edilməsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rolunu gücləndirilməsinin tərəfdarıdır.
News24.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova oktyabrın 11-də keçirdiyi brifinqdə news.ru müxbirinin Qırğızıstanın KTMT təlimlərindən imtina etməsi ilə bağlı sualını cavablandırarkən deyib.
“Oktyabrın 3-5-də KTMT-nin baş katibi Stanislav Zas Bişkekdə uğurlu təmaslar, o cümlədən Qırğızıstan Prezidenti Sadır Japarov ilə danışıqlar aparıb, bu danışıqların nəticələri Mərkəzi Asiya regionunda təhlükəsizliyin və sabitliyin təmin edilməsində KTMT-nin rolunun gücləndirilməsinə ümumi diqqətin olduğunu göstərir”, - Zaxarova qeyd edib.
Onun sözlərinə görə, Qırğızıstan Rusiyanın MDB-də mühüm tərəfdaşıdır və gələn ildən bu ölkə təşkilata sədrlik edəcək. Bişkek MDB-nin nizamnamə orqanlarının işində yüksək səviyyədə iştirak edir.
"Oktyabrın 12-də Qazaxıstanda keçiriləcək MDB sammitində Qırğızıstan Prezidentinin və xarici işlər nazirinin iştirakı da planlaşdırılır", - o əlavə edib.