-
- 4-10-2023, 16:55
- 513
"Bravo"ya silahlı hücumun TƏFƏRRÜATLARI - VİDEO
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Xətai rayonu ərazisindəki "Bravo" hipermarketdə silahlı insidentlə bağlı təqsirləndirilənlən şəxslərin cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
News24.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror ititham aktını elan edib.
İttihama görə, Bakı şəhər sakini Ruhlan İsmayılov əvvəlcədən Bravo hipermarketə hücumu planlaşdırıb və bu məqsədlə cinayətkar qrup yaradıb. R. İsmayılov bu məqsədlə 1300 manata odlu silah əldə edib. Daha sonra o Rövşən İsmayılov və Babək İsgəndərova bu barədə məlumat verib. Mütəşəkkil dəstə "Çay evi 900" adlanan ərazidə toplaşaraq Xətai rayonu ərazisindəki hipermarketdə bankomatı qarət edəcəklərini planlaşdırıblar.
Onlar bu məqsədlə Bakı şəhər sakini Suqra Sadıqovaya məxsus "VAZ2107" markalı avtomobilinin nömrəsini oğurlayaraq Ruhlan İsmayılovun "Opel" markalı avtomobilinə bağlayıb. Daha sonra onlar inkassatorun günün hansı saatıarında "Bravo" hopermarketə gəldiyini, gəliş-gediş marşrutunu müəyyən ediblər. Hadisədən bir gün əvvəl onlar Unibank-ın əməkdaşlarını izləyib.
Ruhlan İsmayılov özü ilə gəzdirdiyi odlu silaha 12 ədəd güllə yerləşdirərək "Bravo" hipermarketin qarşısına gəlib, silahı uzun gödəkçənin altında gizlədib inkassatorları gözləyib. Cinayətkar dəstə inkassatorların "Bravo"ya pul vəsaitini gətirməsi prosesini izləyərək Ruhlan İsmayılova məlumat verib. İnkassatorlar "Bravo" hopermarketə daxil olaraq pulları bankomata yerləşdirərkən Ruhlan İsmayılov səsboğucu silahla onlara qarşı silahlı hücum edərək atəş açıb. Daha sonra R. ismayılov pul vəsaitlərini götürüb Xətai rayonu ərazisindəki mənzilə gəlib. Orada əldə edilən pulları bölüşdürüblər. R. İsmayılov tanışı Səlim Qurbanova zəng edərək onu gizlətməyi xahiş edib
Prosesdə hakim bildirib ki, əgər ittiham sübuta yetirilərsə, təqsirləndirilən şəxsləri ömürlük cəza gözləyir.
Təqsirləndirilən şəxslər bildiriblər ki, onlar özlərini ittihamlarda təqsirli bilmirlər.
Qeyd edək ki, hadisə bu il martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketində qeydə alınıb. Belə ki, edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış və “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilib, onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülüb, eləcə də külli miqdarda pul vəsaiti ələ keçirilib.
Cinayət işi üzrə toplanmış mötəbər sübutlar əsasında 6 nəfər - 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə və öldürməyə cəhd etməyə görə, 3 şəxs eyni əməllərinin törədilməsinə köməkliyə görə, 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah hazırlamağa köməkliyə görə, 1 şəxs isə bu cinayət əməlini törətməyə təhrik etməyə görə cinayət məsuliyyətinə cəlb edilib.
Cinayəti icra etmiş Dəyanət Qudrətova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə), 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında, ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən iki şəxsi qəsdən öldürməyə cəhd) 181.3.2 (sağlamlığa ağır zərər vurmaqla quldurluq), 228.2.1, (qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatını əldə etmə, daşıma və gəzdirmə) 229.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah hazırlama) və digər maddələri, cinayətin törədilməsində köməkçilər - Azər Məmmədov, İbrahim İbrahimov və Səbuhi Qurbanova CM-nin 32.5, 120.2.1, 32.5, 120.2.3, 32.5, 120.2.11, 32.5, 29, 120.2.1, 32.5, 29, 120.2.3, 32.5, 29, 120.2.11, 32.5, 29, 120.2.7, 32.5, 181.3.2, 228.2.1, 229.2.1 və digər maddələri, cinayətin törədilməsində köməkçi - Rövşən İsmayılova CM-nin 228.2.1 və 32.5, 229.2.1-ci, cinayətin törədilməsində təhrikçi Babək İsgəndərova isə CM-nin 228.2.1 və 32.3, 229.2.1-ci maddələri ilə ittiham elan edilib.
Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
Ölmüş təqsirləndirilən şəxs Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilmiş olsa da, onun barəsində cinayət yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə iş materiallarından barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.
Cinayətin törədilməsində istifadə edilən AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatları, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilərək götürülüb.
Cinayət işi üzrə istintaq orqanı tərəfindən Azər Məmmədovun, Dəyanət Qüdrətovun, İbrahim İbrahimovun, Səbuhi Qurbanovun, Babək İsgəndərovun və Rövşən İsmayılovun işi üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Samir Əli