Qaradağda sərnişin avtobusu qəzaya düşüb, xəsarət alanlar var
    • 5-10-2023, 02:00
    • 217

Qaradağda sərnişin avtobusu qəzaya düşüb, xəsarət alanlar var

Bakının Qaradağ rayonunda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.

News24.az “Report”a istinadən xəbər verir ki, 194 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə zamanı avtobusda olan sərnişinlər - 1993-cü il təvəllüdlü Abbasova Məlahət Əmir qızı və Abbaslı İsmayıl Badir oğlu xəsarət alıblar.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.